Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabının təqdimatı olub

Naxçıvan, 15 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabı nəşr olunub.

Aprelin 14-də AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının təşkilatçılığı ilə “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabının təqdimatı olub.

AMEA Naxçıvan Bölməsinin sədri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik İsmayıl Hacıyev çıxış edərək “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabının görkəmli diplomatın həyat və fəaliyyətinin öyrənilməsindəki əhəmiyyətini diqqətə çatdırıb, belə qiymətli bir kitabın nəşrinə görə Ali Məclisin Sədrinə muxtar respublikanın ziyalıları adından dərin minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Bilik Fondunun Himayəçilik Şurası Sədrinin müavini Əli Həsənov deyib ki, Behbud ağa Şahtaxtinski Azərbaycanın dövlətçilik, diplomatiya və ictimai həyatında mühüm yer tutan böyük tarixi şəxsiyyətdir. Bu gün Behbud ağa Şahtaxtinski deyərkən gözlərimiz önündə əqidəli, ziyalı və alovlu vətənpərvər dayanır. Qısa, lakin mənalı həyatını Azərbaycan naminə mübarizəyə həsr edən, bu mübarizənin ilk qaliblərindən və qurbanlarından olan Behbud ağa Şahtaxtinski üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirib. Onun həyatı və mübarizəsi siyasi tariximizdə vətəndaşlıq və dövlətçilik etalonudur.

Vurğulanıb ki, Behbud ağa Şahtaxtinski gənc yaşlarından ictimai fəaliyyətə başlayıb, “Hümmət” partiyasının sıravi üzvlüyündən Azərbaycan Xalq Komissarları Soveti sədrinin müavini vəzifəsinədək yüksəlib. Behbud ağa Şahtaxtinski xalqın milli oyanışı və müstəqilliyi uğrunda aparılan mübarizəyə dəstək verib, Azərbaycan əleyhinə yeridilən ayrı-seçkilik siyasətinə qarşı çıxıb. O, Rusiya Federasiyası hökumətinin sədri Vladimir Leninə göndərdiyi 1920-ci il 13 avqust tarixli məktubunda qəti etirazını bildirməkdən çəkinməyərək yazırdı ki, “Naxçıvan diyarının daşnaklara verilməsi... Sovet Azərbaycanının hüquqlarını pozur. Naxçıvan diyarının xalqı ağlına gətirməzdi ki, Sovet Rusiyası əhalinin iradəsinə qarşı çıxacaq, diyarı daşnaklara verəcəkdir. Hərçənd ki, onların hakimiyyəti altında nəinki sovet quruluşu məhv edilir, həmçinin daşnak Ermənistanın ərazisində yüzlərlə müsəlman kəndlərinin başına gətirilənlər kimi, əhalinin fiziki mövcudluğuna açıq-aydın təhlükə yaranır”.

Göründüyü kimi, Behbud ağa Şahtaxtinskinin siyasi fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü və Naxçıvanın taleyi ilə bağlı mübarizə xüsusi yer tuturdu. Xalqımızın vətənpərvər oğlu Azərbaycanın hakim partiyasında və mərkəzi Moskva hökumətində rəhbər vəzifə tutmuş ermənilərin təzyiqi nəticəsində 1920-ci il dekabrın 1-də Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi barədə elan olunmuş qanunsuz bəyanatı hiddətlə qarşılayıb, Naxçıvana gələrək yerli əhalini bu qərarın əleyhinə qaldırıb, Naxçıvanın Azərbaycanın tərkibində saxlanması ilə nəticələnən referendumun keçirilməsinə nail olub. Açıq demək lazımdır ki, bu referendum olmasaydı, beynəlxalq Moskva və Qars müqavilələrində Naxçıvanın tarixi taleyinə birmənalı şəkildə aydınlıq gətirilməsi də mümkün olmayacaqdı. Ona görə də bu gün biz buna sadəcə səsvermə aktı kimi yox, mühüm hüquqi presedent yaradan tarixi və siyasi akt kimi yanaşmalı və dəyərləndirməliyik.

Əli Həsənov deyib ki, Behbud ağa Şahtaxtinskinin taleyüklü xidmətlərindən biri də Azərbaycanın ilk milli diplomatı kimi beynəlxalq Moskva və Qars müqavilələrində Naxçıvanın statusu ilə bağlı məsələlərin həllində yaxından iştirak etməsidir. Onun peşəkar diplomatik fəaliyyəti və siyasi mübarizəsi nəticəsində bu müqavilələrlə muxtariyyət statusu əldə edərək sərhədləri müəyyənləşdirilən Naxçıvan diyarı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb və təsbit edilib. Behbud ağa Şahtaxtinskinin fəaliyyətində siyasi publisistika da mühüm yer tutur. O, dövlət xadimi kimi mətbuatın rolunu düzgün qiymətləndirib, milləti oyatmaq, tarixi yaddaşı bərpa etmək üçün publisistikanın imkanlarından məharətlə yararlanıb. Mürəkkəb və çətin dövrdə yaşayıb fəaliyyət göstərən Şahtaxtinski ağır, amma şərəfli ömür yaşayıb. O, bütün həyatını Azərbaycan xalqının mənafeyinə həsr edib, milli maraqları hər şeydən uca tutub. Bütün bunlara görədir ki, Azərbaycan üçün taleyüklü işlər görmüş Behbud ağa Şahtaxtinskinin xidmətlərinin sovet hakimiyyəti dövründə unutdurulması istiqamətində düşmən qüvvələr tərəfindən planlı iş aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Behbud ağa Şahtaxtinskinin xidmətlərini yüksək qiymətləndirərək deyib: “Behbud ağa Şahtaxtinski heç nə etməsəydi belə, xalqımızın taleyində mühüm rol oynayan Moskva və Qars beynəlxalq müqavilələrinin imzalanmasında göstərdiyi vətənpərvərlik və siyasi uzaqgörənlik onun adını Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bir sırada qoymağa tamamilə əsas verir”.

Diqqətə çatdırılıb ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Şahtaxtinskilərə, xüsusən də Behbud ağa Şahtaxtinskiyə ikinci ömür verilib, unutdurulmuş bu görkəmli şəxsiyyət yenidən ictimai və elmi həyata qaytarılıb. Bütün bunlara görə muxtar dövlətimizin rəhbərinin həyata keçirdiyi ardıcıl tədbirlərə, göstərdiyi milli iradəyə borcluyuq. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamı ilə Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyi yaradılıb, burada ayrıca guşədə Behbud ağa Şahtaxtinskiyə aid materiallar öz əksini tapıb. “Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, 2011-ci il oktyabrın 12-də Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi ilə bağlı konfrans keçirilib, Ali Məclisin təsis etdiyi “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalın xüsusi nömrəsi Behbud ağa Şahtaxtinskiyə həsr olunub, “Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi”, “Gümrü, Moskva və Qars müqavilələri və Naxçıvanın taleyi” kitabları nəşr edilib. Bundan əlavə, “Vətən, sənə canım qurban” sənədli filmi, teleradio və qəzet materialları hazırlanıb, Naxçıvan şəhərində görkəmli dövlət xadiminin adını daşıyan küçə abadlaşdırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının təşkilatçılığı ilə bu gün təqdimat mərasimi keçirilən “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabı da görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin tədqiqi və təbliği sahəsində görülən işlərin davamıdır.

Ali Məclisin Sədri tapşırıq vermişdi ki, Behbud ağa Şahtaxtinskinin siyasi, diplomatik və publisistik fəaliyyəti ilə əlaqədar arxivlərdə yeni araşdırmalar aparılsın. Tapşırıq icra olunub, əldə edilən mühüm arxiv sənədləri toplu halında yığılaraq Azərbaycan dilinə tərcümə edilib. Ali Məclis Sədrinin himayəsi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabında 100-dən çox məktub, teleqram, məqalə, müqavilə, protokol və akt, həmçinin diplomatik yazışmalar yer alıb. İlk dəfə geniş ictimaiyyətə Azərbaycan və rus dillərində təqdim olunan bu materiallar Behbud ağa Şahtaxtinskinin həyat yolunun və mübarizəsinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Şübhə yoxdur ki, “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabı faydalı elmi mənbə kimi bundan sonra yeni tədqiqatların aparılmasına da öz təsirini göstərəcəkdir.

Bilik Fondunun Himayəçilik Şurası Sədrinin müavini Əli Həsənov “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabını Naxçıvanşünaslığa dəyərli töhfə kimi yüksək qiymətləndirərək, kitabın ərsəyə gəlməsində əməyi olanlara, xüsusən də kitabın tərtibçisi akademik İsmayıl Hacıyevə təşəkkürünü bildirib, yeni nəşr münasibəti ilə alim və tədqiqatçılarımızı təbrik edib.

Təqdimat mərasimində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Behbud ağa Şahtaxtinski: Naxçıvanın ərazi məsələsi və muxtariyyət statusu”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Behbud ağa Şahtaxtinski: teleqramlar və məqalələr”, Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin direktoru, Bilik Fondunun Himayəçilik Şurasının üzvü Namiq Məmmədovun “Behbud ağa Şahtaxtinski yaradıcılığında təhsil məsələləri”, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin Siyasi məsələlər üzrə şöbəsinin müdiri Nadir Cəfərovun “Behbud ağa Şahtaxtinski: müqavilələr və diplomatik fəaliyyəti”, Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyevanın “Behbud ağa Şahtaxtinskinin publisistikası” mövzularında çıxışları dinlənilib.

Tədbir iştirakçılarına “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabı təqdim olunub.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir