İDMAN


Bəhreyn-Azərbaycan - 1:1

Bakı, 9 oktyabr, AZƏRTAC

Futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununun birinci hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində hesabı meydan sahibləri açıblar. Görüşün 31-ci dəqiqəsində Abdulvahab A.Rahman fərqlənib. On dəqiqə sonra millimizin üzvü Rüfət Dadaşov hesabı bərabərləşdirib.

Oyunun ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.

X X X

Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.