DÜNYA


Bəhreyn İsraillə diplomatik münasibətlər yaradacağını bəyan edib

Qahirə, 12 sentyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərindən sonra Bəhreyn də İsraillə diplomatik münasibətlər yaradacağını bəyan edib. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ, İsrail və Bəhreyn liderlərinin birgə bəyanatı yayılıb.

ABŞ Prezidenti Donald Tramp Bəhreyn Kralı Həməd bin İsa əl Xəlifə və İsrailin Baş Naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra bəyan edib ki, daha bir ərəb dövlətinin bu addımı regionda sülhün və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək.

Birgə bəyanatda tezliklə diplomatik münasibətlərin qurulacağı qeyd olunur, həmçinin tərəflərin iqtisadi və digər sahələrdə əməkdaşlıqda maraqlı olduqları bildirilir. Diqqətə çatdırılır ki, Bəhreyn ABŞ-ın Vaşinqtonda keçiriləcək İsrail-BƏƏ sazişinin imzalanması mərasimində iştiraka dəvətini qəbul edib. Həmin mərasimdə Bəhreyn Krallığı və İsrail Dövləti arasında tarixi sülh müqaviləsi də imzalanacaq.

Misir və BƏƏ liderləri Bəhreynin bu addımını alqışlayan bəyanatlar yayıblar.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.