İDMAN


Bəhreyn atleti Davit Fikadu Admasu V İslamiadada 10 min metr məsafəyə qaçış yarışlarının qalibi olub

Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında kişi atletlər arasında 10 min metr məsafəyə qaçış yarışlarında qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Konya Atletika Arenasında keçirilən yarışda Bəhreyn təmsilçisi Davit Fikadu Admasu 28 dəqiqə 31 saniyəlik nəticə ilə birinci olub.

Uqanda atleti Adel Çebat yarışı ikinci, cibutili Guellen isə üçüncü pillədə başa vurub.

İndiyədək ümumilikdə 56 ölkədən yarısı – 28 ölkə medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması 13 medal qazanıb. Təmsilçilərimiz medallarını 4 növdə – güləş (3 qızıl, 2 gümüş, 1 bürünc), taekvondo (1 qızıl, 1 gümüş, 2 bürünc), atletika (1 qızıl, 1 gümüş) və idman gimnastikasında (1 gümüş) əldə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.