MƏDƏNİYYƏT


Bəhreyn nəşrində Azərbaycanın Milli Xalça Muzeyi haqqında məqalə dərc olunub

Qahirə, 27 aprel, AZƏRTAC

Bəhreynin “Əl Əyam” nəşrində “Azərbaycanın mədəni irsini təbliğ edən dünyanın ilk xalça muzeyi” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda xalçaçılıq sənətinin minilliklər boyu Azərbaycan mədəniyyətinin bir parçası olduğu, azərbaycanlı ustaların xalçalarının 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salındığı qeyd olunur. Müəllif bildirir ki, bu xalçaların forma və naxışları ölkənin regionlarında əsrlərboyu inkişaf etmiş xalçaçılıq sənətinin xüsusiyyətlərinə görə dəyişir və xalqın tarixinin müxtəlif dövrlərini əks etdirir.

Məqalədə diqqətə çatdırılır ki, dünyanın ilk xalça muzeyi Azərbaycanın paytaxtı Bakıda açılıb. Nəfis işlənmiş xalçalar burada yerli sakinlərə və əcnəbi turistlərə nümayiş etdirilir. Ən qiymətli xalçalar isə xüsusi şəraiti olan otaqlarda mühafizə edilir.

Bəhreyn nəşrində “Euro News” televiziya kanalının nadir xalçaların videogörüntüləri və fotoşəkillərini yayımladığı, Milli Xalça Muzeyindən geniş reportaj hazırladığı da bildirilir. Məqalədə Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun telekanala müsahibəsindən sitat da yer alıb.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.