Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bəhreyn qəzeti Azərbaycan səfirinin xalqımızın haqq işi barədə məqalələrini dərc edib

Qahirə, 19 oktyabr, AZƏRTAC

Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune News of Bahrain” qəzetində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycan ərazi bütövlüyünün bərpasını tələb edir” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də atəşkəsi kobud şəkildə pozması, cəbhə xətti boyunca Azərbaycan silahlı qüvvələrinin mövqelərini intensiv atəşə tutaraq bu il üçüncü dəfə Azərbaycana qarşı yeni bir təcavüzə başlaması, cəbhə boyu əhalinin sıx yaşadığı əraziləri və mülki obyektləri qəsdən hədəfə alması, işğalçı ölkənin gələcək hərbi təcavüzünün qarşısını almaq və mülki yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusunun özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq hüquqa tam uyğun olaraq əks-hücum tədbirlərinə başladığı diqqətə çatdırılır.

Müəllif 1992-ci ildən başlayaraq Dağlıq Qarabağ və ona bitişik olan 7 rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu, ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərinin vasitəçiliyi ilə uzun müddət danışıqlar aparıldığını, nəticələrin yalnız kağız üzərində qaldığını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmadığını, azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri dönməsi ilə bağlı heç bir nəticə əldə olunmadığını qeyd edib. Həmsədrlər müəyyən bir nəticəni əldə etmək üçün prosesi idarə etməyi öz üzərlərinə götürsələr də, 1994-cü ildə atəşkəsin qüvvəyə minməsindən sonra münaqişə dondurulmuş vəziyyətdə qalmış və Minsk Qrupunun qoyduğu hədəflərin heç birinə nail olunmamışdır.

Yazıda son iki ildə Ermənistanın yeni hökuməti tərəfindən həm sözdə, həm də əməldə törədilən bir sıra təxribatların münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə xələl gətirdiyi, işğalçı ölkənin atəşkəsi pozmağa davam etdiyi və Ermənistanın Müdafiə nazirinin daha uzağa gedərək, ölkəni yeni ərazilər üçün yeni müharibəyə hazırlamağa çağırdığı qeyd edilib.

Məqalədə Ermənistan hərbi birləşmələrinin Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Beyləqan və digər şəhərlərinə raket zərbələri endirməsi nəticəsində mülki insanların həlak olduğu və yaralandığı, çoxlu sayda yaşayış binası və mülki obyektin dağıldığı diqqətə çatdırılır.

Müəllif vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın gərginliyi artırması və təmas xəttində təxribatları barədə xəbərdarlıq edib. Dövlətimizin başçısı öz müsahibələrində və xalqa müraciətlərində atəşin dayandırılması və sülhə nail olmağın yeganə yolunun Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması üzrə konkret cədvəl təqdim etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıması və Azərbaycan xalqından üzr istəməsi olduğunu bildirib.

Məqalədə İslam aləminin və ərəb ölkələrinin Azərbaycanın haqlı mövqeyini daha fəal dəstəkləməli, dünyanın təcavüzkarla təcavüz qurbanlarını bərabərləşdirməməli olduğu və Cənubi Qafqazda sülh və sabitliyin yalnız bütün işğal olunmuş Azərbaycan ərazilərinin azad edildikdən sonra bərpa olunacağı qeyd edilib.

Səfirin “The Daily Tribune News of Bahrain”in dərc edilmiş “Dünyanın Dağlıq Qarabağla bağlı yanlış anlayışı” sərlövhəli daha bir məqaləsində bir çox insanın Dağlıq Qarabağ münaqişəsindən danışarkən kifayət qədər böyük səhvlərə yol verdiyi, bunu məqsədli şəkildə edənlərin olduğu, ancaq həqiqətdən xəbərsiz olanların da yalan məlumatlara inandığı bildirilir. Səfir əlavə edib ki, bəzi ölkələrin nümayəndələri işğalçı Ermənistanın cinayətlərinə aydın mövqe sərgiləmir, vətəndaşları arasında yanlış fikirlər formalaşdırır. Təəssüf ki, bu cür xoşagəlməz vəziyyət beynəlxalq mətbuatda da tez-tez müşahidə olunur və münaqişənin təfərrüatları barədə heç bir məlumatı olmayan insanlar arasında yanlış rəylər yaradılır.

Məqalədə bu gün ermənilərın Dağlıq Qarabağı “Artsax” adlandırdığı, lakin “Artsax”ın Qafqaz Albaniyasına aid 12 vilayətdən biri olduğu və erməni etimologiyasında Artsax, Alban və Qarabağ sözlərinin mövcud olmadığı, hər üç sözün Azərbaycan dilində mənalarının olduğu bildirilir.

Müəllif diqqətə çatdırıb ki, Çar Rusiyası 1813-1828-ci illərdə Azərbaycan xanlıqlarını özünə tabe etdirdikdən sonra sərhədləri daxilində xristian icması yaratmaq üçün İrandan və Yaxın Şərqdən erməniləri indiki Ermənistan ərazisinə və Dağlıq Qarabağ regionuna köçürməyə başlayıb və həmin dövrdə Rusiyanın Tehranda səfiri olmuş Aleksandr Qriboyedovun rus çarına yazdığı məktubda bir milyondan çox erməninin sözügedən ərazilərə köçürüldüyü açıq şəkildə göstərilib. Rus çarının əmri ilə 1836-cı ildə alban kilsələri rəsmi olaraq ermənilərə verilib və onlar həmin məbədləri, tarixi abidələri öz adlarına çıxaraq min illər boyu bunlara sahib olduqlarına dair yalançı iddialar irəli sürməyə başlayıblar.

Məqalədə Rus imperiyası dövründə başlayan antitürk və anti-Azərbaycan siyasətinin SSRİ dövründə davam etdirdildiyi, Qarabağın iki yerə bölündüyü, 1923-cü ildə Qarabağın dağlıq hissəsində ermənilər üçün muxtariyyət yaradıldığı, Zəngəzurun Ermənistana bağışlanıldığı və 1929-cu ildə isə Mehri rayonunu Ermənistana verməklə Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasındakı sərhədlərin yox edildiyi bildirilir.

Müəllif ATƏT-in Minsk Qrupunun 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradıldığını, lakin 28 il ərzində onun münaqişənin həlli ilə bağlı heç bir nəticə əldə etmədiyini qeyd edir.

Məqalədə torpaqlarımızı düşmən tapdağından azad edən rəşadətli Azərbaycan Ordusunun qarşısında aciz qalan düşmənin öz raketlərini cəbhə xəttindən uzaq olan Azərbaycanın digər şəhər və kəndlərinə atdığı, Gəncə, Mingəçevir, Beyləqan, Tərtər, Bərdə, Xızı və digər rayonları və Abşeron yarımadasını atəşə tutduğu, mülki əhali arasında ölənlərin və yaralananların olduğu qeyd olunub.

Sonda vurğulanıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu Ermənistanın BMT-nin 822, 853, 874, 884 saylı qətnamələrinə əməl etməsi, öz ordusunu Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarmasıdır.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir