SİYASƏT


Bəhreyn qəzetində Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılacaq bərpa işlərindən bəhs edən məqalə dərc olunub

Qahirə, 15 fevral, AZƏRTAC

Bəhreyn Krallığının “News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər” inşa edəcək” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, işğaldan azad edilmiş ərazilərin bərpasının Azərbaycan hökuməti üçün prioritet məsələ olduğu diqqətə çatdırılan məqalədə bu prosesdə hökumət strukturları və özəl şirkətlərin, habelə xarici sərmayədarların iştirak edəcəyi qeyd olunub. Əlavə edilib ki, Azərbaycanda bununla bağlı əhatəli konsepsiya hazırlanıb.

Müəllif diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndələr idarəçilik sistemi tətbiq edib və Qarabağın incisi olan Şuşaya öz nümayəndəsini göndərib. Dövlətimizin başçısı həmin ərazilərdə ən yüksək standartlara uyğun “ağıllı şəhərlər” salınacağını, su ehtiyatlarından səmərəli istifadə, külək və günəş enerjisinin tətbiq olunacağını da bəyan edib.

Məqalədə vurğulanıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılacaq bərpa-quruculuq işlərində İtaliya, Avropanın digər ölkələri, ABŞ-ın şirkətləri də iştirak edəcək.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.