İQTİSADİYYAT
Bəhreyn və Azərbaycan arasında iqtisadi əlaqələrin perspektivləri müzakirə olunub
Qahirə, 27 fevral, AZƏRTAC
Cari il fevralın 2-də Bəhreyn Krallığının paytaxtı Manamada bu ölkə ilə Azərbaycan arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən siyasi məsləhətləşmələrin ikinci raundundan sonra iqtisadi əlaqələrin perspektivləri də müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Manamada Azərbaycanın Səudiyyə Ərəbistanı və Bəhreyndəki səfiri Şahin Abdullayev və Bəhreyn Gömrük Departamentinin rəhbəri Şeyx Əhməd bin Həməd Əl Xəlifə arasında fevralın 26-da keçirilmiş görüşdə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin perspektivləri müzakirə olunub.
Tərəflər qeyd ediblər ki, iki ölkənin dövlət və özəl sektorlarının geniş əməkdaşlıq potensialı və investisiya imkanları mövcuddur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə