DÜNYA


Bəhreyndə COVID-19-a yoluxma halları artıb

Qahirə, 9 iyun, AZƏRTAC

Əhalisinin sayı cəmi 1 milyon 700 min nəfər olan kiçik ada dövləti Bəhreyndə COVID-19-a yoluxma halları artıb. AZƏRTAC rəsmi BNA agentliyinə istinadla xəbər verir ki, son sutkada bu ölkədə koronavirusa 1279 yoluxma və 18 ölüm faktı qeydə alınıb. COVID-19 xəstələrinin sayının əhalinin 0,1 faizinə yaxın olduğunu nəzərə alan Krallığın hökuməti sərt karantin rejimini iyunun 25-dək uzatmağı qərara alıb.

Bəhreynin COVID-19-la Mübarizə İdarəsinin məlumatında qeyd olunub ki, restoran və kafelərin, ticarət mərkəzlərinin, idman zallarının, kinoteatrların, məişət xidməti obyektlərinin fəaliyyətinə olan qadağaların müddəti uzadılıb. Dövlət idarələri və özəl şirkətlərin əməkdaşlarının 70 faizi evdən çalışacaq, habelə məktəblər və universitetlərdə dərslər onlayn rejimində keçiriləcək. Bundan başqa, Bəhreynə səyahət edənlərə də tətbiq olunan məhdudiyyətlər davam edəcək.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.