MƏDƏNİYYƏT
Bəhreynin Mədəniyyət naziri: İslam mədəniyyət irsinin tanıdılmasında Azərbaycanın böyük rolu var VİDEO
Paris, 21 noyabr, AZƏRTAC
Azərbaycan artıq mədəni dəyərlərin, tarixi irsin qoruyucusu və hamisi kimi özünü təsdiq edib. Azərbaycan bu sahədə müxtəlif beynəlxalq konfranslara ev sahibliyi edib, zəngin təcrübəyə yiyələnib.
Bu sözləri Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində Bəhreynin Mədəniyyət naziri Şeyxa May bint Məhəmməd Al Xəlifə AZƏRTAC-a müsahibəsində söyləyib.
“İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrimiz yüksək səviyyədədir. Dəfələrlə Azərbaycanda olmuş və beynəlxalq tədbirlərdə iştirak etmişəm. Ölkənizin islam mədəniyyət irsinin tanıdılmasında rolu olduqca böyükdür. Buna görə də bütün Şərq ölkələri, İslam irsini bölüşən ölkələr, o cümlədən Bəhreyn Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Azərbaycanın Mədəniyyət naziri ilə iki ölkə arasında UNESKO çərçivəsində həyata keçirə biləcəyimiz layihələri müzakirə etdik”, - deyə Şeyxa May bint Məhəmməd Al Xəlifə söyləyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]