SİYASƏT


Bekdurdı Amansarıyev: AZƏRTAC ilə TDX arasında əməkdaşlıq möhkəmlənir

Aşqabad, 5 fevral, Əziz Məmmədov, AZƏRTAC

Azərbaycan və türkmən xalqlarını dərin tarixi köklər və ortaq mədəniyyət bir-birinə bağlayır.

Türkmənistan Dövlət İnformasiya Agentliyinin (TDX) sədri Bekdurdı Amansarıyev bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib.

2015-ci ilin fevralında Bakıda AZƏRTAC ilə informasiya mübadiləsi sahəsində saziş imzalanmasını xatırladan TDX sədri vurğulayıb ki, Azərbaycan və Türkmənistan dövlət informasiya agenlikləri arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.

Bekdurdı Amansarıyev daha sonra deyib: “Sazişə müvafiq olaraq agentliklər mütəmadi olaraq Azərbaycanın və Türkmənistanın daxili və beynəlxalq həyatının aktual məsələlərinə dair informasiya mübadiləsi aparırlar”.

TDX sədri ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin intensivləşməsini qeyd edərək vurğulayıb ki, həmin sənədin müddəalarının reallaşdırılması informasiya sahəsində Azərbaycan-Türkmənistan əməkdaşlığının genişlənməsinə mühüm töhfə verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.