SİYASƏT


Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri “MILEX-2019” sərgisində MSN-in stendini ziyarət edib

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Minskdə keçirilən “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisində Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendini ziyarət edib. Komitə sədri MSN-in stendində nümayiş etdirilən məmulatları böyük maraqla izləyib.

MSN-dən AZƏRTAC-a bildiriblər ki, ziyarət zamanı nazirliyin nümayəndələri ilə görüşən Roman Qolovçenko “MILEX-2019” sərgisində Azərbaycanın stendlə təmsil olunmasından məmnunluğunu ifadə edib.

Sərgi işini mayın 18-də yekunlaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.