SİYASƏT


Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır

Minsk, 20 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri bu ölkənin aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, BELTA informasiya agentliyi, “Belarus seqodnya” qəzetinin rəsmi saytı Prezident İlham Əliyevin səfərinə dair 40-a yaxın məqalə yayıb. “Sputnik” agentliyi, “Komsomolskaya Pravda”, “Arqumentı i faktı” “Narodnaya qazeta”, “Respublika” qəzetləri, “Belarus 1”, “NTV Belarus” və digər telekanallar, yazılı mətbuat orqanları dövlətimizin başçısının Belarusa səfərinin əhəmiyyəti barədə geniş məlumatlar yayıblar.

Qeyd edilib ki, bu səfər iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır. Yayılan məqalə və süjetlərdə Azərbaycan-Belarus əməkdaşlığından, strateji xarakter daşıyan tərəfdaşlıqdan, əlaqələrin genişləndirilməsində Prezident İlham Əliyevin xidmətlərindən, iki ölkə arasında olan dostluq, qarşılıqlı hörmət və dəstəkdən bəhs edilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.