SİYASƏT


Belarus KİV-ləri VI Bakı Beynəlxalq Humanitar Forumuna geniş yer ayırıb

Minsk, 28 oktyabr, AZƏRTAC

Belarusun aparıcı KİV-ləri oktyabrın 25-26-da “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu haqqında geniş məlumatlar yayıblar.

AZƏRTAC xəbər verir ki, yazılarda Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqindən ayrı-ayrı məqamlara toxunulub.

Belarus KİV-ləri Forum çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə reallaşan “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyaya da yer ayırıb.

Belarusun BELTA dövlət informasiya agentliyi, “Belarus Seqodnya” qəzeti forum haqqında 20-yə yaxın məqalə yayıb, Forumun məqsəd və mahiyyətini oxucularına çatdırıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.