DÜNYA


Belarus Misirdə AES-in istismarında Rusiya ilə əməkdaşlıq edəcək

Bakı, 22 fevral, AZƏRTAC

Misirdə rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o, rusiyalı həmkarı Vladimir Putinlə Misirdə Dabaa atom elektrik stansiyasının istismarını birgə həyata keçirməyi müzakirə edib.

AZƏRTAC Misir KİV-nə istinadla xəbər verir ki, Belarusun dövlət başçısı Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdə Rusiyanın Aralıq dənizinin sahilində inşa etdiyi AES-in istismarı ilə bağlı məsələni müzakirə edib və Minskin də bu layihədə iştirakı təklifini irəli sürüb.

Rusiyanın "Rosatom" korporasiyası AES-də işləyəcək 2 min misirli üçün təlim kursları keçirir. Onlar cari ildə istifadəyə veriləcək bu nəhəng obyektin texniki personalı olacaqlar. AES-in açılışında RF Prezidentinin də iştirakı gözlənilir.

Dabaa AES-in inşa edilməsi ilə bağlı Misirlə Rusiya arasında saziş 2015-ci ildə imzalanıb. Moskva bu layihə ilə bağlı Qahirəyə 25 milyard dollar kredit ayırıb. Hər biri 1 200 meqavat gücündə olacaq üç nüvə reaktorundan ibarət AES-də 50 min misirli üçün iş yerləri açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.