İDMAN


Belarus Paralimpiya Komitəsinin prezidenti Oleq Şepel Bakıda səfərdədir

Bakı, 12 noyabr, AZƏRTAC

Belarus Paralimpiya Komitəsinin prezidenti Oleq Şepel Bakıda səfərdədir.

AZƏRTAC xəbər verir ki, Belarusun idman rəsmisi Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə keçirəcəyi “Yenilməzlər” adlı qala təqdimatda iştirak etmək üçün Bakıya gəlib.

Belarus Paralimpiya Komitəsinin prezidenti O.Şepel atletika üzrə beşqat Paralimpiya çempionudur.

Xatırladaq ki, noyabrın 13-də Bakıda Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı “Yenilməzlər” adlı beynəlxalq qala təqdimat keçiriləcək. Tədbirin başlıca məqsədi paralimpiya dəyərlərini təbliğ etməklə yanaşı, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində stimullaşdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.