İDMAN


Belarus Prezidenti II Avropa Oyunları ərəfəsində idman obyektləri ilə tanış olub

Bakı, 11 may, AZƏRTAC

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçiriləcək II Avropa Oyunları ərəfəsində idman obyektləri ilə tanış olub.

AZƏRTAC BELTA informasiya agentliyinə istinadla xəbər verir ki, idmançıların və onların məşqçilərinin qalacağı “Tələbə kəndi” kompleksini ziyarət edən Belarus Prezidenti buradakı şəraitlə, qonaqların qidalanmasına hazırlıq prosesi ilə tanış olub. Əsas meyarın yerli məhsullardan istifadə olduğunu qeyd edən A.Lukaşenko deyib: “İnsanları özümüz yedizdirməliyik. Bu proses öz kadrlarımızın təcrübə əldə etməsi baxımından da mühümdür. Belarus yeməklərini yaxşı hazırlasanız, qonaqların da xoşuna gələcək. Qoy görsünlər ki, biz necə yaşayırıq”.

Belarusun dövlət başçısına məlumat verilib ki, 15 idman kompleksində işlərin 99,9 faizi yekunlaşıb. A.Lukaşenko bildirib ki, idman yarışlarının keçirilməsi üzrə ölkənin zəngin təcrübəsi var və o, heç bir problemin olmayacağına əmindir. O, “Tələbə kəndi” kompleksində idmançıların yerləşəcəyi obyektlərin gələcəkdə Belarusda təhsil alan əcnəbi tələbələrin sərəncamına veriləcəyini də bildirib.

Qeyd olunub ki, bu kompleksdə idmançılara xidmət göstərilməsi məqsədilə 700 könüllü cəlb olunacaq. Mayın 13-dən kompleksə giriş məhdudlaşdırılacaq. “Tələbə kəndi” kompleksinin açılışı və idmançıların yerləşdirilməsinə isə iyunun 15-dən başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.