DÜNYA
Belarus Respublikası Rusiya Federasiyası Dövlət Dumasına seçkiləri müşahidə missiyasında təmsil olunacaq
Minsk, 1 sentyabr, AZƏRTAC
Rusiya Federasiyası Dövlət Dumasına seçkiləri müşahidə prosesində Belarus nümayəndələrinin iştirak coğrafiyası dəyişməyəcək.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu fikri Belarus Xarici İşlər Nazirliyinin informasiya idarəsinin rəisi – mətbuat katibi Dmitri Mironçik səsləndirib. O deyib: “Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkiləri müşahidə prosesində iştirak etmək məsələsinə gəldikdə, güman edirik ki, nümayəndələrimiz Belarusun üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən MDB və ATƏT-in müşahidə missiyasının tərkibinə daxil olacaqdır”. Dmitri Mironçikin sözlərinə görə, onların müşahidə prosesində iştirak coğrafiyası ənənəvi olaraq qalacaq. Mətbuat katibi deyib: “Regionlararası əlaqələrin intensivliyi və vacibliyi nəzərə alınaraq, belaruslu nümayəndələr Rusiya Federasiyasının ölkəmizlə sərhəd bölgələrində müşahidə aparacaq”.
Belarus nümayəndələri, həmçinin bu ölkənin Rusiyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərində - səfirlik bölmələrində müşahidə aparacaqlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk