SİYASƏT


Belarus XİN: Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir, dəstəyimizi bildiririk

Belarus XİN: Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir, dəstəyimizi bildiririk

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycanın Tehrandakı səfirliyinə diplomatik missiya üzvünün ölümü və daha iki işçinin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir, dəstəyimizi bildirir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Biz əminik ki, diplomatik nümayəndəliklərin və konsulluq idarələrinin əməkdaşlarına qarşı yönəlmiş bu cür hərəkətlərə haqq qazandırmaq olmaz”, - deyə açıqlamada vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.