MƏDƏNİYYƏT


Belarus ədəbi portalı İmadəddin Nəsimi yaradıcılığına geniş yer ayırıb

Bakı, 4 sentyabr, AZƏRTAC

Belarusun məşhur “Cозвучие” (http://sozvuchie.by/poeziya/item/4157-larets-zhemchuzhin-poeziya-azerbajdzhana-imadeddin-nasimi.html) ədəbi portalı Azərbaycan Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin şeirlərinə, eləcə də həyat və yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.

Bu barədə AZƏRTAC-a Tərcümə Mərkəzindən məlumat verilib.

Məlumatda deyilir: “Görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi həyatını ilahi həqiqət və insan kamilliyi yollarının axtarışına həsr etmiş dahi şəxsiyyətdir. İnsan fəlsəfəsinin hüdudları, intellektual imkanları, şüurun insan təkamülündə rolu, iç dünyasından sızan İlahi nur şairin yaradıcılığının əsas qayəsi, ana xəttidir”.

Qeyd edək ki, bir qədər əvvəl portal “Поэзия Азербайджана” adlanan bu rubrika altında dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin şeirlərinə və yaradıcılıqlarına həsr olunmuş materiallara geniş yer ayırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.