DÜNYA
Belarus koronavirusla mübarizəyə dəstək məqsədilə Çinə humanitar yardım göndərib
Minsk, 29 yanvar, AZƏRTAC
Belarus koronavirusla mübarizəyə dəstək məqsədilə Çinə humanitar yardım göndərib. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, ИЛ-76МД yük təyyarəsi Pekinə 20 saata çatacaq.
Belarusun Səhiyyə naziri Vladimir Karanik bildirib ki, humanitar yardımın ümumi çəkisi 20 tondur. Çin tərəfinin istəyinə uyğun olaraq humanitar yardımın 4,5 tonu koronavirusa qarşı antibiotiklər, 10 tondan artıq dezinfeksiyaedici maddələr, digərləri isə tibb işçiləri üçün qoruyucu vasitələr (əlcəklər, maskalar, birdəfəlik geyim), hava dezinfeksiyaedici maddələrdir.
Qeyd edək ki, artıq Çində bu virusa yoluxanların sayı 6086 nəfər, ölənlərin sayı 132-dir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]