DÜNYA


Belarus məktəblisi müəlliməsini və sinif yoldaşını öldürüb

Bakı, 11 fevral, AZƏRTAC

Belarusun Stolbtsı şəhərindəki məktəblərin birində sinfə soyuq silahla gələn məktəbli müəlliməsini və sinif yoldaşını qətlə yetirib.

AZƏRTAC Belarus KİV-lərinə istinadla xəbər verir ki, bıçaqlı məktəblinin yaraladığı daha bir neçə uşaq xəstəxanaya çatdırılıb. Polis hadisə yerindən qaçan cinayətkarın tapılması üçün Minsk vilayətinin altı rayonunda axtarış-əməliyyat tədbirləri həyata keçirir.

Minsk vilayəti daxili işlər idarəsinin məlumatına görə, insidentlə bağlı cinayət işi qaldırılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.