SİYASƏT


Belarus mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib

Minsk, 28 fevral, AZƏRTAC

Belarus mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Belaruskaya Prauga” nəşrində yer alan məqalədə Xocalı soyqırımı zamanı 613 nəfərin qətlə yetirildiyi, onların arasında uşaq, qadın və qocaların olduğu vurğulanır.

Müəllif qeyd edir ki, bütün dünya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən qanlı hadisəni xatırlayır. Qadın və uşaqların, qocaların meyitləri küçələrdə idi, ətrafda evlər yanırdı. Artıq on illərdi Azərbaycan dövləti, xalqı beynəlxalq ictimaiyyətin diqqətini Xocalı faciəsinə yönəldib. Artıq dünyanın bir çox parlamentləri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb.

Məqalədə Xocalı faciəsi ilə bağlı bir sıra faktlar da qeyd olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.