SİYASƏT
Belarus mətbuatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı məqalə dərc edilib
Minsk, 10 may, AZƏRTAC
Belarusun nüfuzlu xəbər portalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Belarus Seqodnya” nəşrində dərc olunan məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycan və Belarus arasında əməkdaşlığın inkişafına verdiyi töhfədən geniş bəhs edilib. Qeyd olunub ki, Azərbaycan və Belarus arasında münasibətlərin başlanğıcı ümummilli lider Heydər Əliyevin sayəsində mümkün olub. Ulu öndər Heydər Əliyevin həyatı insan iradəsinin yenilməzliyinin bariz nümunəsidir.
Belaruslu jurnalist məqaləsində yazır: “Belarusla Azərbaycan arasında heç vaxt problem olmayıb. Belarus Prezidentinin Azərbaycan xalqının Ümummilli Lideri ilə həqiqətən də yaxşı, dostluq münasibətləri olub. Ölkəmizə sanksiya təzyiqləri dövründə Heydər Əliyevin dəstəyi də bundan xəbər verirdi”.
Məqalədə Ulu Öndərin iki ölkə arasında münasibətlərin memarı olduğu qeyd edilib və faktlar göstərilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk