İDMAN


Belarus millisi dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda hesabında ikinci pilləyə yüksəlib

Bakı, 18 sentyabr, AZƏRTAC

Belarus millisi Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda hesabında ikinci pilləyə yüksəlib.

AZƏRTAC xəbər verir ki, 148,000 xal toplayan Belarus komandası İsrail seçməsini üstələyib. İsrailli gimnastlar üç alətin cəmində 146,200 xal toplayıblar.

Komanda hesabına 164,800 xalla Rusiya millisi başçılıq edir.

Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.