İDMAN


Belarus millisinin baş məşqçisi: Avropa çempionatında hədəfimiz çempion olmaqdır

Bakı, 22 sentyabr, AZƏRTAC

Qadınlar arasında voleybol üzrə Avropa çempionatında əsas hədəfimiz çempion olmaqdır.

AZƏRTAC xəbər verir ki, bu barədə açıqlama verən voleybol üzrə Belarus millisinin məşqçisi Pyotr Xilko deyib: “İki il əvvəl Avropa çempionatında qrup ikincisi olmuşduq. Biz həmin komandayıq. Bizim bir hədəfimiz var. Bu turnirdə qalib olmaq üçün əlimizdən gələni etməliyik.

Komandanın kapitanı Oksana Kovalçuk rəqiblərin güclü olduğunu vurğulayaraq deyib: “Bütün rəqiblərimiz top komandalar sayılırlar. Bəlkə də fiziki cəhətdən rəqiblərimizlə eyni səviyyədə deyilik. Ancaq qalib gəlmək şanslarımız az deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.