DÜNYA


Belarus parlamentinə seçkilərdə 35 faizdən çox seçici vaxtından əvvəl səs verib

Bakı, 16 noyabr, AZƏRTAC

Belarus parlamentinin nümayəndələr palatasına (aşağı palata) seçkilərdə beş gün ərzində 35,8 faiz seçici vaxtından əvvəl səs verib.

AZƏRTAC BelTA agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat şənbə günü Belarus Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Növbədənkənar səsvermə noyabrın12-də başlayıb və bu gün başa çatıb. MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Qomel və Mogilyov vilayətlərində (müvafiq olaraq 39, 41 faiz və 39,11 faiz), ən aşağı fəallıq isə Minskdə (28, 56 faiz) qeydə alınıb.

Belarusda parlament seçkiləri seçicilərin yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır. Nümayəndələr palatasına deputat seçkiləri noyabrın 17-də keçiriləcək. Palatada 110 yerə 513 namizəd iddia edir. Ölkənin 6,8 milyon sakini seçki hüququna malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.