SİYASƏT


Belarus səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

Belarus səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Gennadi Axramoviçi diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirib, ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. İki ölkə xalqlarını bağlayan tarixi və dostluq əlaqələrinə toxunan nazir Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb.

Səfir Gennadi Axramoviç ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin inkişafından məmnunluğunu bildirib, hətta COVID-19 pandemiyası dövründə belə iqtisadi əlaqələrdə artımın müşahidə edildiyini vurğulayıb. Səfir Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirib və ölkəmizlə bağlı xoş təəssüratlarının daim xatirində olacağını qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.