İDMAN
Belarus təmsilçisi: Kifayət qədər vaxtım olmadığından yarışlara səylə hazırlaşa bilməmişəm
Bakı, 23 iyul, AZƏRTAC
Belə mötəbər yarışda ilk dəfədir iştirak edirəm. Yaxşı təcrübəyə malik olduğum üçün məni yığma komandaya daxil ediblər. Təşkilatçılıq baxımından festival çox peşəkar səviyyədə təşkil olunub. Kifayət qədər vaxtım olmadığından yarışlara səylə hazırlaşa bilməmişəm. Buna görə də göstərdiyim nəticədən o qədər də razı deyiləm. Finala çıxmaq barədə isə heç düşünmürəm. Hesab edirəm ki, ən güclü rəqiblərim Belçika, Norveç və Almaniyadandır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının səhər sessiyasında iştirak edən Belarus təmsilçisi Aleksandr Dobrovitski deyib.
Bakını hələ gəzə bilmədiyini təəssüf hissi ilə söyləyən idmançı atletlər kəndindəki şəraitdən çox razı qaldığını söyləyib: Orada yeməklər çox dadlıdır, axşamlar diskoteka təşkil edirlər, ab-havası isə yüksəkdir”.