DÜNYA


Belarus və Rusiya əməkdaşlığa dair “yol xəritəsi”ni imzalamağa hazırdır

Minsk, 22 fevral, AZƏRTAC

Bu gün Soçidə Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko danışıqlar aparır.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, müzakirələr zamanı Lukaşenko əməkdaşlığa dair “yol xəritəsi”nin imzalanmağa hazır olduğunu söyləyib.

A.Lukaşenko Putinlə söhbətində Rusiya Federasiyası və Belarusun yay aylarına qədər sərhəddən avtomobil əlaqəsini bərpa edəcəyinə ümid etdiyini bildirib.

"Belarus ilə Rusiya arasında müxtəlif əməkdaşlıq sahələri üzrə demək olar ki, bütün yol xəritələri imzalanmağa hazırıq", - deyə Aleksandr Lukaşenko əlavə edib.

Vladimir Putin, öz növbəsində, Belarus ilə yüksək səviyyəli strateji tərəfdaşlığın olduğunu qeyd edib.

Rusiya Prezidenti, həmçinin vurğulayıb ki, Rusiya koronavirusa qarşı peyvənd istehsalı üçün Belarusa texnologiyanı təqdim edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.