DÜNYA


Belarusda 502 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Minsk, 6 aprel, AZƏRTAC

Belarusda koronavirusdan ölənlərin sayı 8-ə çatıb.

AZƏRTAC xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 502 nəfərdir. Onlardan 52 nəfər sağalaraq evə buraxılıb.

Məlumata görə, koronavirusdan ölənlərdə xroniki xəstəliklər mövcud olub.

Qeyd edək ki, bir neçə gün öncə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusun pik həddə olduğu barədə açıqlama verib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.