DÜNYA


Belarusda koronavirus: 1331 nəfər yoluxub, 16-sı ölüb

Minsk, 9 aprel, AZƏRTAC

Belarusda koronavirusdan ölənlərin sayı 16-ya çatıb.

AZƏRTAC xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 1331 nəfərdir. Onlardan 139 nəfər sağalaraq evə buraxılıb.

Məlumata görə, koronavirus səbəbindən ölən şəxslərdə xroniki xəstəliklər mövcud olub.

Belarusda koronavirusla bağlı 49 min test aparılıb, son sutkada 3 min test yoxlaması həyata keçirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.