DÜNYA


Belarusda prezident seçkiləri keçirilir

Minsk, 9 avqust, AZƏRTAC

Avqustun 9-da Belarusda prezident seçkiləri ilə bağlı səsvermə keçirilir.

AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər 08:00-da açılan seçki məntəqələrində səs vermək üçün seçici siyahısına 6 milyon 844 min 932 nəfər daxil edilib. Ən çox seçici Minsk şəhərində (1 milyon 241 min 21 nəfər), ən az seçici isə Qrodnensk vilayətində (751 min 84 nəfər) qeydə alınıb. Eyni zamanda, xaricdə yaşayan 5319 Belarus vətəndaşı da seçici siyahısındadır. Seçicilərin yarıdan çoxu səsvermədə iştirak etdiyi halda, seçki baş tutmuş hesab edilir.

Belarus Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb.

Səsvermə prosesini 248 beynəlxalq və 50 minə yaxın yerli müşahidəçi izləyir. Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları da var.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.