DÜNYA
Belarusda terror aktına cəhdə görə ölüm hökmü tətbiq ediləcək
Minsk, 4 may, AZƏRTAC
Belarus Milli Məclisi Respublika Şurasının senatorları Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsini qəbul ediblər.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, qanun layihəsində bundan sonra ölkədə terror aktına cəhdə görə ölüm hökmü nəzərdə tutulub.
Qanunvericiliyə edilən dəyişikliyə görə, beynəlxalq fəsadlar törətmək məqsədilə xarici dövlətin və ya beynəlxalq təşkilatın nümayəndəsini öldürməyə, həmçinin atom enerjisi qurğularından, radioaktiv maddələrdən və ya nüvə materiallarından, kimyəvi və ya bioloji maddələrdən istifadə etməklə terror aktı törətməyə, dövlət və ya ictimai xadimi öldürməyə cəhdə görə ölüm hökmü tətbiq olunacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk