DÜNYA


Belarusda yol vergisinin ödənişi üçün 2 konsepsiya hazırlanıb

Bakı, 19 iyun, AZƏRTAC 

Belarusun Maliyyə naziri Maksim Yermoloviç bildirib ki, yol vergisinin ödənilməsinin yeni üsulunun həyata keçirilməsi aləti müzakirəyə çıxarılıb, verginin yığılması üçün artıq 2 konsepsiya hazırlanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, nazir birinci variantın bu verginin yol hərəkətindən istifadəyə görə ödənilməsini nəzərdə tutduğunu qeyd edib.

"Bizim mülahizəmiz belədir ki, hər bir şəxs yol şəbəkəsindən ödənişli istifadə hüququnun müddətini özü seçə bilər: bir ay, iki ay, bir il. Burada seçim hüququ vətəndaşa verilir", - deyə o bildirib.

Bundan əlavə, alternativ bir variant da müzakirə olunur: həmin varianta əsasən, yol vergisi yanacağın qiymətinə əlavə edilir. Bu variantı hökumətdə hazırlayıb razılaşdırmaq üçün aidiyyəti üzrə göndəriblər.

Nazir qeyd edib ki, bu iki variantdan birinin seçilməsi ölkənin yol infrastrukturunun inkişafı üçün zəruridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.