İDMAN


Belaruslu idmançı: Bakıda arzuma çatacağıma inanırdım

Bakı, 22 iyul, AZƏRTAC

Yarışlar maraqlı mübarizə şəraitində keçdi. Güləşçilərin öz potensiallarından maksimum istifadə etməsi üçün hər bir şərait yaradılmışdı. Bu il Avropa çempionatında istədiyim nəticəni göstərə biməmişdim. Bakıda arzuma çatacağıma inanırdım. Gənclər arasında keçirilən bu nüfuzlu yarışın qalibi olduğum üçün çox sevinirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində yunan-Roma güləşi üzrə Avropa Gənclər Olimpiya Festivalının qalibi, belaruslu idmançı Hleb Makaranka (55 kq) deyib.

O qeyd edib ki, festival yüksək səviyyədə təşkil edilib və yarış iştirakçıları diqqət və qayğı ilə əhatə olunub: “Yarışların keçirildiyi arena çox gözəldir. Burada bizim üçün hər bir şərait yaradılıb. Yarışdan sonra Bakının görməli yerlərini gəzib şəhərlə yaxından tanış olmaq istəyirəm".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.