MƏDƏNİYYƏT
Belaruslu sənətşünas Olqa Klip Lənkəran Dövlət Dram Teatrında olub
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də tanınmış aktyor, Xalq artisti Vidadi Həsənov və belaruslu sənətşünas Olqa Klip Lənkəran Dövlət Dram Teatrında olublar.
AZƏRTAC xəbər verir ki, dram teatrının yaradıcılıq fəaliyyəti və mövcud şəraiti ilə yaxından tanış olan qonaqlar gənc rejissor Tərlan Abdullayevin quruluşunda İlqar Fəhminin “Qanlı namə” pyesi əsasında hazırlanan tamaşanın məşq prosesini izləyiblər.
Daha sonra teatrın yaradıcı kollektivi ilə görüşən V.Həsənov və O.Klip tamaşanın məşqləri barədə fikirlərini söyləyib və öz tövsiyələrini veriblər.
Teatrın direktoru Tofiq Heydərov və aparıcı səhnə ustası, Xalq artisti, prezident təqaüdçüsü Qabil Quliyev kollektiv adından qonaqlara dəyərli fikirlərinə görə minnətdarlıqlarını çatdırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:41]
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub
- 19.04.2024 [21:42]
Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]