İQTİSADİYYAT
Belarusun Azərbaycandakı səfiri ilə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin görüşündə İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Belarusun Bakıdakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində Belarus-Azərbaycan əməkdaşlığının inkişafı perspektivləri, müvafiq şəxslər arasında əlaqələrin tənzimlənməsi üçün tərəflərin gələcək addımları, konkret ikitərəfli layihələrə başlamaq imkanları müzakirə edilib.
Tərəflər həmçinin ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının gündəliyinə İKT və yüksək texnologiyalar sahəsində müştərək layihələrin daxil edilməsi məsələsini, habelə 21-ci Azərbaycan Beynəlxalq BAKUTEL-2015 “Telekommunikasiyalar və informasiya texnologiyaları” sərgisində Belarus müəssisələrinin iştirakı ilə bağlı təşkilati məsələləri də müzakirə ediblər.