İDMAN


Belarusun BELTA agentliyi ikinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olub

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-da “Minsk 2019” ikinci Avropa Oyunlarının Təşkilat Komitəsi ilə Belarus Respublikası Prezident Administrasiyasının nəşriyyat evi - “Belarus bu gün” və Belarus Teleqraf Agentliyi (BELTA) arasında rəsmi media tərəfdaşlığına dair saziş imzalanıb.

AZƏRTAC “Minsk 2019”un saytına istinadla xəbər verir ki, hər iki qurum müqaviləyə əsasən, ikinci Avropa Oyunların rəsmi media tərəfdaşı olub.

İkinci Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı idmanın 15 növü üzrə 199 dəst medal uğrunda yarışacaq. Səkkiz idman növü üzrə yarışlar “Tokio 2020”yə lisenziya xarakteri daşıyır.

Xatırladaq ki, birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib. Yekun nəticələrə görə, ümumi hesabda birinci yeri Rusiya, ikinci yeri Azərbaycan, üçüncü yeri Böyük Britaniya yığmaları tutub.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “Bakı 2015” birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.