YUBİLEY TƏBRİKLƏRİ
Belarusun BelTA xəbər agentliyinin baş direktoru
İrina Akuloviç
- AZƏRTAC, yüz illik yubileyin mübarək olsun! Hörmətli həmkarlar, icazə verin, sizi bayram münasibətilə təbrik edək.
Arxanda bir əsrlik təcrübə olanda, hər sözə, hər rəqəmə və hər fakta görə məsuliyyətin nə demək olduğunu dəqiq bilirsən. AZƏRTAC yüzillik tarixi ərzində elə bir agentliyə çevrilib ki, ona həm ölkənin daxilində, həm də onun hüdudlarından kənarda etibar edirlər. Bütün səviyyələrdə etimada dayanan dialoq Belarus-Azərbaycan münasibətlərini fərqləndirən əsas cəhətdir. Bu, liderlərimiz – Aleksandr Lukaşenko və İlham Əliyevin sayəsində mümkün olub. Gündə səkkiz dildə yüzlərlə informasiya, foto və videoxəbərlər, maraqlı multimedia layihələri - söhbət AZƏRTAC-ın bu günündən gedir. Siz informasiya tərəfdaşlarınızla onlarca saziş imzalamısınız. BELTA da onların sırasındadır. Biz yubiley münasibətilə sizi ürəkdən təbrik edirik və sizə yalnız yaxşı xəbərlər diləyirik. Sizə lentinizdə dünya və sevimli ölkənizin çiçəklənməsi haqqında xəbərlər arzulayırıq.