İQTİSADİYYAT
Belarusun Proqram Təminatı üzrə Tətbiqi Sistemlər İnstitutu Azərbaycanın dövlət qurumları ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 29 noyabr, AZƏRTAC
Belarus Respublikasının Proqram Təminatı üzrə Tətbiqi Sistemlər İnstitutu Azərbaycanda informasiya texnologiyaları sahəsində xidmətlər göstərmək niyyətindədir.
Bu barədə AZƏRTAC-a müsahibəsində institutun direktoru İqor Mixaylovski açıqlama verib.
O, rəhbərlik etdiyi qurumun biznes-analitika, veb-tətbiqlər, memarlıq sistemi üçün nəzərdə tutulmuş xidmətlər, biznes proseslərinin idarə edilməsi sahələri üzrə ixtisaslaşdığını bildirib. İnstitutun əsas sifarişçiləri isə Belarus Prezident Administrasiyası, Avrasiya İqtisadi Komissiyası, Kommunikasiya və İnformasiya Nazirliyi və Mərkəzi Bankdır.
“Bakutel” sərgisində ilk dəfə iştirak etdiyini deyən İ.Mixaylovski yeni informasiya texnologiyaları ilə bağlı dövlət qurumları ilə sıx əməkdaşlıqda maraqlı olduğunu söyləyib.