SİYASƏT


Belarusun dövlət televiziyası: Elə bir sahə yoxdur ki, Belarusla Azərbaycan arasında əlaqə qurulmasın VİDEO

Minsk, 28 noyabr, AZƏRTAC

Belarusun dövlət televiziya kanalı Azərbaycanla münasibətlərə dair reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycan-Belarus əlaqələrinin inkişafı barədə danışılır.

Bildirilir ki, Bakı ilə Minsk yalnız dost deyillər, həm də bütün sahələrdə sıx əməkdaşlıq edirlər. Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında dostluq münasibətləri mövcuddur. Azərbaycan və Belarus etibarlı tərəfdaşlar, bir-birinə diplomatik qarantlardır.

“İki ölkə arasında dostluq münasibətlərinin əsası 25 il əvvəl qoyulub və o vaxtdan bu dövlətlər yaxın qohumlar kimi mehribandırlar. Elə bir sahə yoxdur ki, Belarusla Azərbaycan arasında əlaqə qurulmasın”, - deyə reportajda vurğulanır.

Telekanalın jurnalisti, həmçinin Azərbaycanın və Belarusun birgə istehsal müəssisələri, birlikdə həyata keçirilən layihələr, ölkəmizin turizm potensialı, Bakının gözəlliyi haqqında ətraflı məlumat verir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.