DÜNYA


Belçika dünyada birinci olaraq yağış suyunu qorumağın qeydinə qalmağı tələb edir

Brüssel, 23 may, AZƏRTAC

Belçikada qəbul edilmiş yeni qanuna əsasən, yeni tikilən çoxmərtəbəli binalarda və şəxsi evlərdə yağış suyu üçün çənlər qoyulması məcburidir.

AZƏRTAC xəbər verir ki, bu qanunun qəbul edilməsi ilə əlaqədar yaxın günlərdə yeni saytın təqdimatı keçirilib. İndi yağış suyunun yığılması üçün çən qoyulmasını planlaşdıran hər kəs öz evinin ehtiyaclarını təmin etmək üçün çənin zəruri ölçülərini hesablaya biləcək. Çənlərdə toplanan sudan ayaqyolunun və avtomobillərin yuyulması, həmçinin bağın suvarılması üçün istifadə etmək mümkün olacaq. Bu qənaətcil üsul, ilk növbədə, ailə büdcəsində su ilə bağlı məsrəfləri azaltmağa, həm də quraqlıq mövsümündə içməli su qıtlığını aradan qaldırmağa kömək edəcək. Beləliklə, bütün yeni binalarda bu və ya digər ölçülü sisternlər quraşdırılması məcburi olacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.