DÜNYA


Belçika iki antiterror xidməti arasındakı rəqabəti aradan qaldırmaq niyyətindədir

Brüssel, 7 mart, AZƏRTAC 

Belçika hərbi kəşfiyyatının 6 zabiti bundan sonra mülki kəşfiyyatla birgə ölkənin yenidən formalaşdırılmış terror əleyhinə qrupun müşahidələrini və operativ idarə edilməsini həyata keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, əvvəllər hərbi kəşfiyyatla bərabər Intel xidməti də mövcud idi. Hazırda bu iki xidmətin rəhbərləri əmindirlər ki, onlar arasında olan inamsızlıq və rəqabət geridə qalmalıdır. ADIV hərbi kəşfiyyatının rəhbəri Klod Van de Vurde KİV-lərə müsahibəsində bildirib ki, onlar arasında yaradılan qaynar xətt maksimal sürətlə fəaliyyət göstərəcək. O vurğulayıb ki, onun məqsədi rəqabət aparan iki struktur arasında inamı yenidən bərpa etməkdir. Bu iki qurum bundan sonra, həmçinin digər sahələrdə də əməkdaşlıq edəcəklər. Gələcəkdə xidmətlərin monitorinq qruplarının komandalarını birləşdirmək planlaşdırılır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.