İQTİSADİYYAT


Belçika ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı, 5 avqust, AZƏRTAC

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Pitermans ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Elnur Əliyev Azərbaycanın Avropa İttifaqı ölkələri, o cümlədən Belçika Krallığı ilə əlaqələrinin inkişaf etdiyini vurğulayıb, qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların iqtisadi əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Nazirin birinci müavini iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən əczaçılıq sənayesi və kənd təsərrüfatı üzrə əməkdaşlığın gücləndirilməsi, Belçika şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl” enerji layihələrində, habelə Ələt Azad İqtisadi Zonasında, “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında iştirakı üçün imkanların olduğunu diqqətə çatdırıb.

Səfir Mişel Pitermans ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirib, yeni əməkdaşlıq sahələri, birgə təşəbbüslərin reallaşdırılması potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə bu ilin noyabr ayında Belçikanın Azərbaycana nəzərdə tutulan ticarət missiyasının təşkili, qarşılıqlı investisiya qoyuluşu və sair məsələlərə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.