DÜNYA


Belçika polisi onlara hücum edən adamı güllələyib

Brüssel, 13 iyun, AZƏRTAC

Belçikanın Vevelgem şəhərində polislər onlara vintaçanla hücum edən 37 yaşlı kişini güllələyiblər.

AZƏRTAC xəbər verir ki, polis əməkdaşlarından biri həyat üçün təhlükəli olan zədələrlə xəstəxanaya çatdırılıb. Lakin hazırda onun vəziyyətinin sabit olması bildirilir.

Psixi pozğunluqdan əziyyət çəkən kişi öz valideynlərini hədələyirmiş. Bunu görən qonşular polisə xəbər veriblər. Polislər gələndə həmin şəxs daha da aqressivləşərək qanun keşikçilərini hədələyib. Polislər əvvəlcə özlərini müdafiə məqsədilə ona qarşı qaz balonu tətbiq ediblər. Lakin o, əlindəki vintaçanla polislərdən birinə hücum edərək onu yaralayıb. Onda digər polis nəfəri həmkarını müdafiə etmək məqsədilə cinayətkarın sinəsinə atəş açıb. Onun həyatını xilas etməyə cəhd göstərilib. O, xəstəxanaya çatdırılsa da, orada ölüb.

Üzündən və döş nahiyəsindən xəsarət alan polisin vəziyyəti hazırda sabitdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.