DÜNYA


Belçika vağzalları tranzit miqrantlardan təmizlənib

Brüssel, 17 may, AZƏRTAC

Belçikanın hüquq mühafizə orqanları Brüssel sakinlərinin çoxsaylı şikayətlərindən sonra şəhərin bütün vağzallarını tranzit miqrantlardan təmizləyiblər.

Şimal vağzalında polis reydinin şahidi olan AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hazırda dəmir yolu vağzalları tranzit miqrantlardan azaddır.

Belçikada qeyri-leqal olan tranzit miqrantlar bu ölkədən sığınacaq almaqda maraqlı deyillər. Onlar Böyük Britaniyaya getmək istəyirlər və bu yolda Belçikanın nəqliyyat qovşaqlarından dayanacaq kimi istifadə edirlər.

Uzun aylar ərzində ilk dəfədir ki, Brüsselin dəmir yolu vağzallarında yerdə yatan adamlar yoxdur. Bu gün tranzit miqrantlar Brüssel və ətraf bölgələrdəki qaçqınları qəbul mərkəzlərinə gətiriliblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.