SİYASƏT


Belçikada 28 May – Müstəqillik Günü münasibətilə tədbirlər keçirilib

Brüssel, 25 may, AZƏRTAC

Azərbaycan Respublikasının Belçikadakı səfirliyində ölkəmizin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, qəbulda Brüsseldə fəaliyyət göstərən diplomatik korpusun, Belçikanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrin, NATO, Avropa İttifaqı və Avropa Parlamentinin nümayəndələri, Brüsseldə yerləşən tədqiqat mərkəzləri və KİV təmsilçiləri, Belçika, Niderland və Lüksemburqdan olan azərbaycanlı icmaların nümayəndələri, Belçikada təhsil alan tələbələrimiz və digərləri iştirak ediblər.

Tədbirdə, eyni zamanda, bu günlərdə Belçikada ezamiyyətdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri və Azərbaycan Milli Məclisinin üzvləri də iştirak ediblər.

Azərbaycan Respublikasının Belçikadakı səfiri Vaqif Sadıqov çıxış edərək, yaradılmasının 104-cü ildönümü qeyd olunan Azərbaycan Demokratik Respublikasının keçdiyi müstəqillik yolu haqqında danışıb, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil, suveren və demokratik Azərbaycanın ADR-in arzu və ideallarını bu gün reallığa çevirdiyini və ümumi beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan-Belçika münasibətləri haqqında məlumat verən səfir V.Sadıqov, Belçikanın Azərbaycanın yenidən qazandığı müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu diqqətə çatdırıb. O, Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin uğurla inkişaf etdiyini, müxtəlif sahələr üzrə fəal dialoqun olduğunu və tərəflər arasında Əməkdaşlıq Sazişi üzrə işin yekunlaşma mərhələsinə çatdığını bildirib.

Tədbirin bədii hissəsində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı musiqiçilər Etibar Əsədli triosu, balaban ustası Ələfsər Rəhimov və xanəndə Sadıq Ağaməliyev birgə etno-caz konserti ilə çıxış edib. Tədbirdə Azərbaycanın mədəniyyəti, təbiəti, regionlar və Şuşa haqqında videoçarxlar nümayiş olunub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.