CƏMİYYƏT


Belçikada “Bir gün avtomobilsiz” aksiyası həyata keçirilib VİDEO

Brüssel, 23 sentyabr, AZƏRTAC

Belçikanın 22 şəhərində, həmçinin ölkə paytaxtının üç mərkəzi bələdiyyəsində “Bir gün avtomobilsiz” aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, həmin gün şəhərin küçələrinə elektromobil və təcili yardım xidməti – polis, yanğınsöndürən və “tibb yardımı” maşınlarından savayı digər avtomobillərin çıxarılması qadağan edilib. Minlərlə şəhər sakini küçələrə özlərinin velosiped, rolik və samokatında çıxıb. Bəzilərini bunu, necə deyərlər, ailəlikcə edib.

Brüqqe meriyasında bu gün AZƏRTAC-ın xüsusi müxbirinə bildiriblər ki, şəhər hakimiyyət orqanlarının bu qərarı “Gələcək üçün cümə günləri” ekoloji hərəkatının ötən cümə bütün Avropa üzrə keçirilən nümayiş dalğasına bir növ reaksiyadır. Məmurlar, həmçinin qeyd ediblər ki, bu pilot layihəsi uğurla nəticələnərsə, o halda aksiyalar gələcəkdə də təkrarlanacaq.

Yeri gəlmişkən, oxşar ekoloji eksperimentlərin Azərbaycanın bir sıra şəhərlərində keçirilməsinin vaxtı deyilmi? Necə deyərlər, işin əvvəli çətin olur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.