DÜNYA


Belçikada koronavirusa yoluxma hallarının sayı yenidən artmağa başlayıb

Belçikada koronavirusa yoluxma hallarının sayı yenidən artmağa başlayıb

Bakı, 28 iyun, AZƏRTAC

Son həftə ərzində Belçikada koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilənlərin sayı 32 faiz artıb.

AZƏRTAC Belçika mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin “Sciensano” İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Məlumata görə, iyunun 21-dən 28-dək hər gün orta hesabla 101,1 nəfər COVID-19 diaqnozu ilə xəstəxanalara daxil olub. Ümumilikdə isə həftə ərzində tibb müəssisələrinə 1283 koronavirus xəstəsi yerləşdirilib ki, onların da 72-si reanimasiya şöbəsindədir. Bununla yanaşı, infeksiyaya yoluxma səviyyəsi də ötən həftə ilə müqayisədə 38 faiz artıb. Buna baxmayaraq, eyni dövr ərzində ölüm hallarında 18 faiz azalma müşahidə olunub.

Son vaxtlar bir sıra Avropa ölkələrində COVID-19 infeksiyasına yoluxma halları artmağa başlayıb. Ötən gün Fransanın səhiyyə naziri Brijit Burginyon əhalini ictimai nəqliyyatda və qapalı məkanlarda yenidən maska taxmağa çağırıb.

Fransa Milli Səhiyyə Agentliyinin məlumatına görə, ölkədə hər gün 60 minə yaxın yeni yoluxma halı qeydə alınır. Ötən həftənin sonlarında yoluxanların sayı gündə 80 minə çatırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.